Tehranda HƏMAS lideri İsmayıl Haniyəyə yönəlmiş xain sui-qəsdi qətiyyətlə pisləyir və lənətləyirəm.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Bu, Fələstin məsələsini, Qəzzanın şanlı dirənişini, fələstinli qardaşlarımızın haqlı mübarizəsini məhv etməyə yönəlmiş alçaq hərəkətdir. Bundan əvvəl Şeyx Əhməd Yasinə, Əbdüləziz Rantisiyə və bir çox qəzzalı siyasi adlara edilən mənfur hücumların məqsədi nə idisə, İsmayıl Haniyəyə yönəlmiş sui-qəsdin də hədəfi odur. Ancaq sionistlər barbarlıqları ilə bu günə qədər olduğu kimi bundan sonra da məqsədinə çata bilməyəcək”, - Ərdoğan bildirib.
Qeyd edək ki, HƏMAS Siyasi Bürosunun lideri İsmayıl Haniyə iyulun 31-də Tehranda öldürülüb. O, İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana getmişdi.