HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Tehranda aviazərbə nəticəsində öldürülüb.
Axar.az xəbər verir ki, bu barədə “Nur Nyus” agentliyi məlumat yayıb.
“Gecə saat 2 radələrində İsmayıl Haniyənin Tehranda olduğu məkana aviazərbə endirilib”, - məlumatda qeyd olunub.
Agentliyin məlumatına görə, Haniyənin qətli ilə bağlı istintaq, o cümlədən hava hücumunun həyata keçirildiyi yerin axtarışı davam edir.