Ukrayna Rusiya ilə beynəlxalq hüquq çərçivəsində danışıqlara hazırdır.
Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.
“Danışıqlar, şübhəsiz ki, lazımdır, lakin Ukrayna açıq şəkildə deyir: Gəlin, beynəlxalq hüquqa əsaslanan şərtlərlə danışıqları bir konsepsiya kimi təqdim edək. Bu konsepsiyada əsas məsələ dövlətin ərazi bütövlüyü və suverenliyidir”, – deyə o bildirib.