İsrail regionda böyük müharibədən qaçmağa üstünlük verəcək, lakin Hizbullah hərəkatının Livan və Yaxın Şərqi geniş eskalasiyaya doğru apardığına inanır, buna görə də İsrail ordusu istənilən ssenariyə hazırdır.
Axar.az xəbər verir ki, bunu brifinqdə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari deyib.
"Hizbullahın davam edən təcavüzü və qəddar hücumları Livan xalqını və bütün Yaxın Şərqi geniş miqyaslı eskalasiyaya sürükləyir. Biz münaqişələri genişmiqyaslı müharibə olmadan həll etməyə üstünlük versək də, İsrail ordusu istənilən ssenariyə tam hazırdır", - o bildirib.