İsrail xarici işlər naziri İsrail Katz hesab edir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın İsrailə mümkün hücumla bağlı açıqlamasından sonra Qərb ölkələri Türkiyəni NATO-dan çıxarmalıdır.
Axar.az xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
“Türkiyə Prezidenti Ərdoğanın İsraili işğal etmək təhdidləri və onun təhlükəli ritorikası fonunda, xarici işlər naziri İsrail Katz bütün diplomatlara Türkiyənin qınanması və ittifaqdan çıxarılması tələbi ilə NATO üzvləri ilə təcili olaraq təmasa keçmələri barədə təlimat verib”, - deyə bildirilib.