ABŞ Venesuela hakimiyyətinin elan etdiyi seçki nəticələrinin xalqın iradəsini əks etdirməməsi ilə bağlı ciddi narahatlıq keçirir.
Axar.az xəbər verir ki, bunu ABŞ-ın Dövlət katibi Entoni Blinken Venesuelada keçirilən prezident seçkiləri ilə bağlı deyib.
Qeyd edək ki, Nikolas Maduronun seçki qərargahı onun Venesuelada keçirilən prezident seçkilərində qalib gəldiyini elan edib. Ölkənin Milli Seçki Şurası da onun Venesuelada keçirilən prezident seçkilərində 51,2 faiz səslə qalib gəldiyini açıqlayıb.