İsrailin xarici işlər naziri İsrail Katz Ərdoğana 2006-cı ildə edam edilən Səddam Hüseynin taleyini xatırlamağı tövsiyə edib.
Axar.az xəbər verir ki, bu barədə nazir X hesabında yazıb.
“Ərdoğan Səddam Hüseynin yolu ilə gedir və İsraili hücumla hədələyir. Sadəcə orada nə baş verdiyini və hər şeyin necə bitdiyini xatırlamalıdır”.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən gün “Biz Qarabağa, Liviyaya necə girdiksə, bunun eynisini onlara da edərik” sözləri İsrail tərəfindən birmənalı qarşılanmayıb.