Rusiyanın Moskva vilayətində "Patriot" parkında ildırım vurması nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.
Axar.az Oxu.az-a istinadən xəbər verir ki, zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər.
"Hazırda bir nəfərin vəziyyəti ağır qiymətləndirilir, daha iki nəfərin vəziyyəti orta ağırdır", - deyə idarədən bildirilib.
Üç yaralıdan biri - 67 yaşlı kişi kliniki ölüm keçirib. Ona həmçinin kəllə-beyin travması diaqnozu qoyulub.