Qərb Ukraynaya Rusiyanın Avropa ölkələri ilə enerji əməkdaşlığını məhv etməyi əmr etdi.
Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.
“Kollektiv Qərbin, ilk növbədə Vaşinqton və Londonun Kiyev rejimi qarşısında qoyduğu vəzifələrdən biri Rusiya ilə Qərbi Avropa ölkələri arasında sabit enerji əlaqəsini sonsuz təlatüm zonasına, həll edilməyən problemə çevirmək idi”, - Zaxarova bildirib.