Ukrayna Avropa Birliyinə və NATO-ya üzv olmayacaq, çünki Avropanın bunun üçün kifayət qədər pulu yoxdur.
Axar.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.
“AB Ukrayna münaqişəsində artıq uduzub və ABŞ-ın bu münaqişədəki rolu zəifləsə, o, nə hərbi əməliyyatların davam etdirilməsini, nə Ukraynanın bərpasını, nə də indiki fəaliyyətini maliyyələşdirə biləcək”, - Orban bildirib.