ABŞ prezidentliyinə namizəd Kamala Harris Demokratlar Partiyasından vitse-prezidentliyə potensial namizəd ola biləcək üç şəxs üzərində düşünür.
Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
Mənbələr bildirib ki, artıq qısa siyahı da tərtib edilib. Buraya ölkə daxilində məşhur olan üç məmur daxildir:
- Arizona ştatının senatoru Mark Kelli
- Pensilvaniya qubernatoru Coş Şapiro
- Minnesota qubernatoru Tim Valz.