Ukrayna lideri Vladimir Zelenski ABŞ Prezidenti Co Baydendən rusiyalı oliqarx Roman Abramoviçə hələlik sanksiya tətbiq etməməyi xahiş edib.
Axar.az xəbər verir ki, belə bir iddia ilə “Voll Strit Jurnal” nəşri çıxış edib.
Nəşrin məlumatına görə, Zelenski bunu Abramoviçin Rusiya ilə sülh danışıqlarında vacib vasitəçilik missiyasını yerinə yetirməsi ilə əlaqələndirib.
Milyarderin nümayəndəsi də bildirib ki, Abramoviç bütün gücü ilə sülhün bərpa olunmasına çalışır.
Nəşr onu da xatırladıb ki, Abramoviçə ABŞ sanksiyaları olsa da, elan olunmayıb, çünki Ağ Ev Maliyyə Nazirliyindən rusiyalı milyarderə sanksiyaları müvəqqəti saxlamağı xahiş edib.