İndiyə qədər Rusiyaya qarşı dörd sanksiya paketi tətbiq etmişik.
Rusiya enerji sektoruna investisiyaları da dayandırmışıq və Rusiyadan enerji asılılığını geridə qoymaq istəyirik.
Axar.az xəbər verir ki, bu sözləri Avropa Birliyi Komissiyasının sədri Ursula fon der Leyen deyib.
“Rusiya iqtisadiyyatı sanksiyalardan təsirlənir. Qlobal şirkətlər son vaxtlar ölkəni tərk edir. Müharibə səbəbi ilə enerji və ərzaq sektoru da təhlükə altındadır. Sabah Prezident Baydenlə önümüzdəki aylarda ABŞ-dan AB-yə mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünü müzakirə edəcəyəm. Önümüzdəki iki qış üçün əlavə öhdəlik götürməyi hədəfləyirik”, - sədr bildirib.