Rusiyanın kimyəvi silahdan istifadə ehtimalı əsl təhdiddir.
Putin küncə sıxışdıqca sərt taktikalardan istifadə edə bilər.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden deyib.
"Putinin Kiyevin əlində bioloji silah olduğuna dair iddiaları həqiqətə uyğun deyil. Rusiya liderinin bu iddiaları gündəmə gətirməsi Ukraynada bioloji və ya kimyəvi silahdan istifadə etməyi düşündüyünə açıq işarədir", - Bayden bildirib.