Rusiya Prezidentinin beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi Anatoli Çubays vəzifəsindən istefa verib.
Axar.az xəbər verir ki, bu barədə “Röyters” mənbəsinə istinadla məlumat yayıb.
Mənbənin məlumatına görə, Çubays hətta ölkəni tərk edib və geri qayıtmaq niyyətində deyil.
Çubaysın istefasını Kremlin mətbuat katibi Dmitri Peskov da təsdiq edib:
“Bəli, Çubays öz istəyi ilə vəzifəsindən istefa verib. Amma ölkədən gedib-getməyib, bu onun öz işidir”.
Qeyd edək ki, Anatoli Çubays Vladimir Putinin ən yaxın adamlarından hesab olunur.