Rus ordusu Mariupoldakı kimi Çerniqovda da humanitar fəlakət yaratmağa çalışır.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.
"Mariupol, Sum, Xarkov, Çerniqov, Kiyev dayanır. Çerniqov düşmənin ikinci Mariupola çevirməyə çalışdığı şəhərdir. Orda su, qaz, istilik demək olar ki, yoxdur", - Arestoviç bildirib.
Onun sözlərinə görə, qəhrəman müdafiəçilər və çerniqovlular cəbhə xəttindədirlər:
"Şəhərdə həm humanitar, həm də hərbi təchizat dəhlizləri açılır. Buna görə də Çerniqov hələ də döyüşəcək və düşünürəm ki, düşmən nəinki onu ala, hətta şəhərə yaxınlaşa bilməyəcək".