Türkiyənin Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemindən imtina edəcəyi ilə bağlı iddia yalandır.
Bu, bizim üçün müzakirə mövzusu deyil.
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir Rusiyanın "İzvestiya" qəzetinə müsahibəsində deyib.
"Bu məsələ əvvəllər də müzakirə olunub. Rusiya ilə əməkdaşlığımızı davam etdiririk. Türkiyə öz siyasətini və tutacağı yolu özü təyin edə bilər. Mövqeyimiz Ukrayna ilə Rusiya arasında sülhün qorunmasıdır. Qan tökülməsinin dayandırılması üçün hər şeyi edirik", - İ.Dəmir bildirib.