Xarkov vilayətinin İzyum rayonunda Ukrayna ordusu işğalçıların şəxsi heyətinin və texnikasının 60 faizini məhv ediblər.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
“Slobojanski istiqamətində rus işğalçılarının bölmələri öz səylərini Xarkov və Sum şəhərlərinin mühasirəsinə və şəxsi heyətin itkilərinin bərpasına yönəldir. İzyum rayonunda Ukrayna müdafiə qüvvələri düşmənin şəxsi heyət və zirehli texnikasının 60 faizini məhv ediblər”, - məlumatda qeyd olunub.