Artıq Polşanın Rusiyaya qarşı atmağa addımı qalmayıb.
Axar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının beynəlxalq əlaqələr komitəsinin sədr müavini Aleksey Çepa deyib.
“Rusiya buna hökmən cavab verəcək. Polyaklar da bunu gözəl bilirlər. Onlar istədiyi qədər rəqəm deyə bilərlər. Bu, tamamilə başadüşüləndir. Onların diplomatik münasibətləri kəsməkdən başqa atmağa hər hansı bir addımları qalmayıb”, - Çepa bildirib.
Qeyd edək ki, bu gün Polşa hökuməti 45 rusiyalı diplomatın ölkədən qovulması ilə bağlı Rusiyanın bu ölkədəki səfirinə nota təqdim edib.