Rusiya öz nüfuzuna dəyər verdiyi üçün əvvəlki müqavilələrdə müəyyən edilmiş həcmdə və qiymətlərlə qaz tədarükünü davam etdirəcək.
Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
"Ayrıca vurğulamaq istərdim ki, Rusiya əvvəllər bağlanmış müqavilələrdə müəyyən edilmiş qiymət prinsiplərinə uyğun olaraq təbii qaz tədarükünü davam etdirəcək. Bəzi həmkarlarımızdan fərqli olaraq, biz etibarlı tərəfdaş və təchizatçı kimi işgüzar nüfuzumuzu yüksək qiymətləndiririk", - Putin bildirib.