Ukraynadakı hadisələrlə əlaqədar İsveçrə konserni “Nestle” Rusiyada “Kit Kat” və “Nesquik” brendlərinin fəaliyyətini dayandırır.
Axar.az xəbər verir ki, bu barədə şirkətin bəyanatında deyilir.
"Biz “Kit Kat” və “Nesquik” kimi məşhur “Nestle” brendlərinin fəaliyyətini dayandırırıq. Artıq qeyri-vacib malların idxalını və ixracını, bütün reklamları və ölkəyə bütün investisiyaları dayandırmışıq. Təbii ki, biz Rusiyaya qarşı bütün beynəlxalq sanksiyalara tam əməl edirik”, - bəyanatda deyilib.