Ukrayna ordusu Luqansk vilayətinin Rubejnoe şəhərinə nəzarəti əlində saxlayır.
Axar.az xəbər verir ki, bu barədə ukraynalı fəal Roman Donik məlumat və fotolar yayıb.
“İşğalçılar şəhəri üç dəfə ələ keçirməyə çalışdılar. Şəhər Ukraynanın nəzarətindədir”, - Donik bildirib.
Onun sözlərinə görə, Rubejnoe yaxınlığında bir taborun sayı qədər ələ keçirilən və əsir düşənlər var. Texnikanı isə artıq heç kim saymır.