Rusiya hərbçiləri dinc əhaliyə atəş açmır.
Axar.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Biz Ukrayna Baş Prokurorluğuna inanmırıq. Rusiya hərbçiləri dinc əhaliyə zərbə endirmir və atəş açmır. Rusiya hərbçiləri mülki şəxslərə kömək edir. Təəssüf ki, hər gün dinc sakinlər bildirir ki, onları canlı qalxan kimi istifadə edirlər ", - Peskov bildirib.
Qeyd edək ki, Rusiyanın Ukraynada mülki infrastrukturları atəşə tutması nəticəsində təkcə 121 uşaq həlak olub.