Fransanın "TotalEnergies" neft-qaz şirkəti Rusiyadakı fəaliyyətini tədricən, Rusiya layihələrinə, o cümlədən "Arctic LNG 2" layihələrinə investisiyaların dayandıracağını elan edib.
Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda deyilir.
"TotalEnergies Rusiya ilə bağlı fəaliyyətini idarə etmək üçün aydın fəaliyyət prinsiplərini müəyyən etdi: Rusiyadakı aktivlərinin idarə edilməsi üçün nəticələrindən asılı olmayaraq, cari və gələcək Avropa sanksiyalarına ciddi riayət olunmasını təmin etmək və personalının təhlükəsizliyinə hörmət edərək Rusiyadakı fəaliyyətini tədricən dayandırmağa təşəbbüs göstərmək", - kommünikedə deyilir.
Şirkət Ukrayna xalqı üçün faciəvi nəticələrə gətirib çıxaran və Avropada sülhü təhdid edən Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünü qətiyyətlə pisləyir.