Son xəbərlər

 

ABŞ və Azərbaycan iqlim dəyişikliyi problemlərinin həlli üzrə səylər çərçivəsində dünya enerji tarixində yeni səhifə yazmalıdır.

 

Axar.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekuta Trend-ə açıqlamasında deyib.

“Azərbaycanda mühüm günəş və külək enerjisi potensialı mövcuddur və Xəzərdə hidrogen hasilatı, onun ekoloji təmiz yeni enerji qismində boru kəmərləri ilə ixracı da maraq kəsb edir. Neft və qaz tələb olunan enerji ehtiyatları kimi qalacaq, amma biz gələcəyin necə olacağı barədə düşünməli və bu enerji keçidini reallaşdırmalıyıq”, - deyə o bildirib.

Sekutanın sözlərinə görə, ABŞ və Azərbaycan Xəzər dənizindən neft və qazın zəruri həcmlərinin Avropa və digər ölkələrə tədarükünün təmin olunmasında sıx əməkdaşlıq edir və bununla da Avropa və qlobal enerji təhlükəsizliyini artırır.

“Enerji sahəsində əməkdaşlıq münasibətlərimizin əsas aspektklərindən biridir. Mövcud qlobal enerji reallıqları fonunda Bakı-Tiflis-Ceyhan boru kəmərinin və “Cənub Qaz Dəhlizi”nin dəyəri aşkardır. Mən bilirəm ki, bir sıra ölkələr enerji ehtiyatlarının tədarükünün artırılması xahişi ilə Azərbaycana müraciət edir. Heç də bütün müraciətlər təmin oluna bilməz, amma ümid edirəm ki, Xəzər regionundan Qafqaz vasitəsilə dünya bazarlarına təhlükəsiz karbohidrogen axınının artırılması barədə məsələ nəzərdən keçiriləcək”, - R.Sekuta deyib.

R.Sekuta qeyd edib ki, son otuz il ərzində ABŞ və Azərbaycan terrorçuluqla birgə mübarizə aparıb, regional və qlobal sabitliyə xidmət edib.

“Azərbaycan hərbçiləri müxtəlif əməliyyatlarda, o cümlədən ötən ilin avqustunda NATO tərəfdaşları ilə birgə Kabil hava limanında sabitliyin dəstəklənməsi və minlərlə insanın təxliyəsində vacib rol oynayıb. Azərbaycanın terrorçuluqla mübarizəyə töhfəsi vacib və əhəmiyyətlidir. Dünya Azərbaycan qüvvələrinin Kabildə çətin keçən həmin günlərdə ABŞ, Türkiyə, Böyük Britaniya və digər ölkələrlə səmərəli əməkdaşlıq bacarığını gördü”, - o bildirib.

Sabiq səfir vurğulayıb ki, ABŞ Azərbaycanın şimalda Rusiya və cənubda İran arasında Trans-Avrasiya daşımaları, əlaqə və ticarət üçün geostrateji mövqeyinin kritik rolunu qiymətləndirir.

“Son otuz il ərzində ölkələrimiz möhkəm tərəfdaşlıq münasibətləri qurub. ABŞ-la Azərbaycanın Qafqazda, Yaxın Şərqdə, Avropada vəziyyətin dəyişməsi, sülh, təhlükəsizlik və rifahın təmin olunmasına dair nə edə biləcəkləri barədə düşünmək vacibdir”, - R.Sekuta deyib.

28 Noyabr 2024 Ruslara evdə şir, tülki...saxalamaq yasaq edilir
28 Noyabr 2024 Baydenin təşəbbüsü gec, lakin vacib addımdır - Ərdoğan
28 Noyabr 2024 KTMT Qarabağda İrəvanın tərəfində vuruşmamalı idi...
28 Noyabr 2024 Putin hədələdi: Kiyev nüvə silahı əldə etsə...
28 Noyabr 2024 Putin elan etdi: PUA qoşunları yaradırıq!
28 Noyabr 2024 Gürcüstan Avropa Birliyinin qrantlarından imtina etdi
28 Noyabr 2024 Gün ərzində hər şey ola bilər! - Putindən maraqlı cavab
28 Noyabr 2024 AB Ukraynaya 18,1 milyard avro kredit ayırır
28 Noyabr 2024 İsrail HƏMAS-ın raket anbarını məhv etdi
28 Noyabr 2024 Putin açıqladı: Yeni əraziləri ələ keçirəcəyik!
28 Noyabr 2024 Şoyqudan Qərbə: Nüvə doktrinasını diqqətlə oxuyun!
28 Noyabr 2024 İsrail meydan oxudu: İranın strateji sərvətini məhv etdik!
28 Noyabr 2024 ABŞ Maykrasofta qarşı araşdırmaya başladı
28 Noyabr 2024 Putin: Rusiya NATO-ya xəbərdarlıq edib ki...
28 Noyabr 2024 Putin: Rusiyaya zərbəyə cavab olaraq 2 gündə...
28 Noyabr 2024 Putin dünyanı hədələdi: Nüvə silahına bərabərdir!
28 Noyabr 2024 Bu da Kirill: “Oreşnik”i yaradanlara təşəkkür etdi
28 Noyabr 2024 Hizbullah İsrail mifini məhv etdi - Araqçı
28 Noyabr 2024 Borrell axır ki, vəzifədən gedir – sabah...
28 Noyabr 2024 Paşinyan gəlmədi, ona görə ilk söz mənimdir
28 Noyabr 2024 Türkiyənin dəstəklədiyi qrup hücuma keçdi, şiddətli döyüş gedir
28 Noyabr 2024 Suriyada böyük əməliyyat: Əsəd təcili Moskvaya getdi
28 Noyabr 2024 Moldova Rusiyaya qarşı bu sanksiyaya qoşuldu
28 Noyabr 2024 Paşinyan Zəngəzur dəhlizindən imtina etmir - Saqatelyan
28 Noyabr 2024 AB-yə indi üzv seçilsək, məhv olarıq - Papuaşvili
28 Noyabr 2024 ABŞ bu münaqişənin həlli üçün hər cür imkana sahibdir
28 Noyabr 2024 Lavrov Baydeni "qanuni oğru" adlandırdı
28 Noyabr 2024 Paşinyan daxili işlər nazirinə yeni müavin təyin etdi
28 Noyabr 2024 ABŞ Maduronun yaxın adamlarına sanksiya tətbiq etdi
28 Noyabr 2024 Ukrayna bu müddətdə AB üzvü olacaq - Zelenski