Rusiya qoşunları Ukraynanın şərq rayonlarını qoruyan Ukrayna hərbçilərini mühasirəyə almağa çalışır.
Axar.az xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının məlumatlarında deyilib.
Məlumata görə, rus ordusu Xarkovun şimalından və Mariupolun cənubundan irəliləyirlər:
"Ruslar hələ də Odessaya doğru irəliləməyə çalışırlar. Hücum əməliyyatını bərpa etmək üçün Ukraynanın şimalında rusların yenidən qruplaşdırılması aparılır. Fevralın 24-də Kiyevə hücumu uğursuzluğa düçar olan rus qoşunları Ukrayna şəhərlərini bombardman etməyə cəmləşib. Onlar yaxınlıqdakı kəndləri ələ keçirərək əhalini qorxudurlar".