İspaniyada yük maşını sürücüləri yanacağın qiymətinin bahalaşmasına etiraz olaraq Asturiya vilayətində magistral yolu bağlayıblar.
Axar.az xəbər verir ki, minlərlə sürücünün etirazı səbəbindən zavod və fabriklərdə mal tədarükü dayanıb.
Nəqliyyat şirkətlərinin əməkdaşları 14 martdan bəri işə çıxmaqdan imtina edirlər.
Qeyd edilir ki, Rusiyadan neft və qaz idxalına məhdudiyyət qoyulması yanacağın qiymətində kəskin bahalaşmaya gətirib çıxarıb.