İtaliya Rusiyadan olan qatillər üçün kurort olmamalıdır.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski İtaliya parlamentariləri önündə çıxış edərkən deyib.
“Dünyanın təhlükəsizliyini təmin etmək üçün əlinizdən gələni etməyin vaxtıdır. Bu, Rusiyanın, bir nəfərin çoxdan hazırladığı müharibədir. Onilliklər ərzində neft və qaz ixracından qazanılan külli miqdarda pulu Ukraynaya qarşı müharibəyə yönəltdilər. Onların əsl hədəfi Avropadır”, - Zelenski bildirib.