Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan Ordu Muzeyini ziyarət edib.
Müdafiə Nazirliyindən Axar.az-a verilən xəbərə görə, qonaqlara muzeydə nümayiş etdirilən eksponatlar haqqında ətraflı məlumat verilib.
Müdafiə naziri general-polkovnik Z.Həsənov Ordu Muzeyinin fəxri qonaqlar kitabına xatirə sözlərini yazıb.