İtaliya Ukraynanı Avropa Birliyində görmək istəyir.
Axar.az xəbər verir ki, bunu İtaliya Baş naziri Mario Draqi deyib.
Onun sözlərinə görə, Ukraynanın Rusiya təcavüzünə qarşı müqaviməti əsl qəhrəmanlıqdır.
“Rusiya hökumətinin təkəbbürü Moskvanın ekspansionist məqsədlərinin qarşısını almağa nail olan Ukrayna xalqının ləyaqəti ilə toqquşdu. Ukraynanı Avropa Birliyində görmək istəyirik, amma islahatlara ehtiyac olduğu üçün bu proses uzun çəkəcək. Vladimir Zelenskiyə demək istəyirəm ki, İtaliya bu prosesdə Ukraynanın tərəfindədir”, - Draqi bildirib.