Ukraynada hərbi əməliyyatlar dayandırılmalı və dərhal danışıqlara başlanılmalıdır.
Axar.az xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş deyib.
“Hazırda döyüşləri bitirmək və ciddi danışıqlara başlamaq üçün masanın üzərinə kifayət qədər sənədlər var. Bu müharibəni udmaq mümkün deyil. Gec-tez döyüş meydanından danışıqlar masasına keçilməli olacaq”, - deyə baş katib bildirib.