Danışıqlarda irəliləyiş bizim istədiyimiz səviyyədə deyil ya da vəziyyət Ukrayna tərəfi üçün tələb olunan səviyyədə deyil.
Axar.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
O, əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putinlə ukraynalı həmkarı Vladimir Zelenski arasında görüş ehtimalı barədə danışmaq hələ tezdir:
"Hələlik heç bir əsaslı irəliləyiş yoxdur. Dövlət başçılarının qərar verəcəyi heç bir şey, onların həll edəcəyi bir razılaşma yoxdur".