Böyük Britaniyanın Baş naziri Boris Conson yaxın zamanlarda Kiyevə səfər edib Ukrayna Prezidenti Vladimir Zelenski ilə şəxsən görüşmək niyyətindədir.
Axar.az xəbər verir ki, bu barədə Deyli Meyl yayıb.
Bununla da o, Rusiya ilə müharibədə Ukraynanı dəstəklədiklərini nümayiş etdirmək niyyətindədir. O, məmurlara səfərlə bağı detalları araşdırmağı tapşırıb.
Qeyd edək ki, Boris Conson bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putinin “məğlub olacağı"nı demiş və Rusiyanın Ukraynaya hücumunu isə “hərbi cinayət” adlandırmışdı.