Son 3,5 ildə yeganə səyimiz Pakistana firavanlıq gətirmək olub.
Axar.az xəbər verir ki, bunu Pakistan Baş naziri İmran Xan deyib.
O, Pakistanın Rusiya ilə münasibətləri korlamaqla heç nə əldə etməyəcəyini, bunun üçün bu ayın əvvəlində ona məktublar göndərən AB, Yaponiya, İsveçrə, Kanada, Britaniya və Avstraliya diplomatlarının protokola məhəl qoymadıqlarını bildirib:
“Mən heç vaxt heç kimə boyun əyməmişəm, millətimin də əyilməsinə icazə verməyəcəyəm”.