Burkina-Fasonun şərqində ordu qüvvələrini hədəf alan hücumda 16 əsgər həlak olub, xeyli sayda əsgər yaralanıb.
Axar.az xəbər verir ki, yerli mənbələrin məlumatına görə, hücum ölkənin şərqindəki Natiaboani qəsəbəsi yaxınlığında baş verib.
Hücumda bölgədə patrulluq edən ordu qüvvələrinin konvoyu pusquya salınıb.
Hücumun Əl-Qaidənin Qərbi Afrika qolu olan Camaat Nüsrət əl-İslam vəl Müslim tərəfindən həyata keçirildiyi təxmin edilir.