Ukraynaya hərbi müdaxiləyə görə tətbiq edilən sanksiyalar səbəbindən Rusiyada Putin rejiminin devrilməsi tamamilə mümkündür.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ ordusunun Avropadakı sabiq komandanı Ben Haces “RBK-Ukrayna”ya müsahibəsində deyib.
O bildirib ki, Putinin ətrafı daha çox itirmək istəməz:
“İnanmıram ki, Putinin ətrafı indiyə qədər itirdiklərindən daha artığını itirmək istəsin. Biz gərək kompleks və hərtərəfli iş görək ki, rus ailələri 1 apreldən öz övladlarını hərbi komissarlıqlara göndərməkdən çəkinsinlər”.
Hocesin fikrincə, Qərbin sanksiyalarına görə Rusiya 10 gündən sonra hücumu davam etdirmək imkanlarının tükənmə nöqtəsinə gələcək.