ABŞ Prezidenti Co Baydenin Rusiyanın Ukraynada apardığı müharibə ilə bağlı vaxtaşırı olaraq “ABŞ və NATO bu münaqişəyə birbaşa qarışmayacaq və Ukraynaya ordu göndərməyəcək” sözləri ən böyük səhvdir.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə sabiq müşaviri Con Bolton deyib.
O bildirib ki, Bayden hətta müharibədən aylar öncə, həm də bir neçə dəfə Ukraynaya ordu göndərilməyəcəyini deməklə, olduqca kobud səhv buraxıb:
“Əgər Bayden bu sualın qarşısında sussa və heç bir söz deməsəydi, bu, Ukrayna və bütün dünyanın təhlükəsizliyi üçün daha yaxşı olardı”.