Mən bütün nasistlərə, banderaçı və şeytanlara müraciət etmək istəyirəm: gizləndiyiniz yerlərdən istədiyiniz qədər hürə bilərsiniz, nə fiziki, nə də mənəvi cəhətdən daha çox şeyə qadir deyilsiniz.
Axar.az xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov deyib.
“Bir-bir ərazilər təmizlənir və tezliklə sizə çatacaq. Ya könüllü olaraq silahı yerə qoyub layiq olduğunuz cəzanı qəbul edəcəksiniz, ya da biz onu sizin əlinizdən alıb özümüz cəza tədbirləri görəcəyik”, - Kadırov bildirib.