Rusiya Prezidenti Vladimir Putinin dünən Lujniki stadionunda keçirilən tədbirdə çıxışı zamanı geyindiyi gödəkçə insanların diqqətini çəkib.
Axar.az Yenipress.az-a istinadən xəbər verir ki, sözügedən gödəkcə İtaliyanın məşhur brendi “LORO PIANA” firmasının istehsalıdır və qiyməti təxminən 14 min dollardır.