Ukraynada baş verənlərdən sonra Putinlə münasibətləri normallaşdırmaq səhv addım olardı.
Axar.az xəbər verir ki, bunu Britaniya Baş naziri Boris Conson deyib.
“2014-cü ildə etdiyimiz kimi, Putinlə münasibətləri normallaşdırsaq, həmin səhvi təkrarlamış olarıq. Putinin hərəkətləri onunla izah olunur ki, o, Ukrayna modelinin özünə və Rusiyaya tətbiq olunmasından qorxdu və Moskvada “rəngli inqilab” ehtimalından panikaya düşdü”, - Conson bildirib.