Son xəbərlər

 

Dünyanın tanınmış analitikləri Rusiyanın Ukraynaya hücumunun nəticələrini və dünya düzəninin necə dəyişəcəyini proqnozlaşdırmağa çalışırlar. Bunlardan biri də dünyanın tanınmış filosofu və analitiki Frensis Fukuyamadır.

Axar.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində bildirilib.

Qeyd olunub ki, Fukuyama Amerika dərgilərindən birində Rusiyanın Ukraynaya işğalıyla bağlı 12 maddəlik proqnozunu dərc edib:

“Birincisi, Fukuyama Rusiyanın Ukraynada hər mənada məğlub olacağı qənaətindədir. O, bunu belə izah edib: “Kreml elə bilirdi ki, Ukrayna ordusu işğalın ilk günü təslim olacaq, döyüşməyəcək və rus hərbçiləri Kiyevin mərkəzində rahat hərbi parad keçirəcəklər. Ancaq hazırda Rusiya ordusu Ukrayna ərazisində ilişib, ukraynalıların əks-həmlələri rus hərbçilərini yorur, resurslarını azaldır”.

Kreml hələ ki, itkilərini etiraf etmir, ancaq müharibənin uzanması Rusiyanın enerjisini tükəndirir, ordusunun və hərbi texnikasının qüsurlarını üzə çıxarır.

İkincisi, Fukuyamanın fikrincə, hazırki şərtlər daxilində məsələnin diplomatik həlli yoxdur: “Eyni zamanda həm Rusiyanı, həm də Ukraynanı qane edəcək güzəşt variantı yoxdur”. Amerikalı alim BMT-nin bu münaqişədə də özünü tam mənasız təşkilat olduğunu göstərdiyini vurğulayıb.

Fukuyama haqlıdır. BMT sadəcə fikir mübadiləsi üçün məkandır. BMT Təhlükəsizlik Şurası daimi üzvlərindən birinin veto hüququndan istifadəsi kifayətdir ki, bu beynəlxalq təşkilat fəaliyyətsiz duruma düşsün. Səs çoxluğu ilə qəbul olunan qərarlar da yerinə yetirilmir.

Üçüncüsü, Fukuyama hesab edir ki, Ukraynaya hərbi təyyarələrin verilməsi heç nəyi həll etməyəcək. Onun fikrincə, Ukraynaya daha çox tank əleyhinə “Javelin”, təyyarələri və helikopterləri vura bilən “Stinger” vermək lazımdır. Yəni amerikalı alimin qənaətinə görə, ukraynalılar özləri döyüşməlidir, ancaq onları döyüşləri davam etdirmək üçün hərbi texnika ilə təmin etmək lazımdır.

Ukraynanın əsas hərbi hava limanları dağıdılıb. Rusiya Ukrayna səmasında tam üstünlüyə malikdir. NATO ölkələri Ukraynaya hərbi təyyarələr versələr belə, bu təyyarələrin havaya qalxması üçün hava limanları yoxdur.

Dördüncüsü, Fukuyama Rusiyanın məğlubiyyətinin Kreml sahibi Vladimir Putinin qüdrətini zəiflədəcəyini proqnozlaşdırıb: “Vladimir Putini bugünə qədər ona görə dəstəkləyirdilər ki, güclüdür. Onun Ukraynada müharibədə zəifliyi özünü büruzə verən kimi ağır günləri başlayacaq. Putinin Avropadakı azsaylı dostları da ondan üz döndərib”.

Həqiqətən Putinin reytinqi hərbi müdaxilər zamanı artıb. Ancaq Putinin ilk dəfə üzləşəcəyi məğlubiyyət onun reytinqinə mənfi təsir edəcək. Digər tərəfdən Kreml sahibinin ətrafındakı fiqurlar məğlubiyyət halında ondan uzaqlaşmağa çalışacaqlar. Amerika kəşfiyyatı Putinin beyin pozğunluğu barədə məlumat yayıb. Bu informasiya müharibəsinin tərkib hissəsidir. Çünki bu xəbər internetdə və sosial şəbəkələrdə geniş yayılıb. Bu xəbəri oxuyan Kreml sahibinin ətrafı kimə xidmət etdiyini anlamalıdır.

Beşincisi, Fukuyamanın fikrincə, Rusiyanın Ukraynada üzləşdiyi çətinliklər Çin üçün dərs olmalıdır: “Çin də Rusiya kimi hərbi texnikasını modernləşdirməyə çalışır. Ancaq Ukrayna müharibəsi Rusiya hərbi texnikasının keyfiyyətinin yüksək olmadığını göstərdi. Deməli, Çin də hər hansı məntəqəd üçün müharibəyə başlayarsa, eyni problemlə üzləşəcək. Ona görə Çin Tayvanı ələ keçirmək planından imtina etməlidir. Əks halda Çin Tayvanla müharibədə Rusiyanın Ukraynada üzləşdiyi oxşar çətinliklərlə üzləşəcək”.

Belə düşünülürdü ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi Çini Tayvana hərbi müdaxiləyə həvəsləndirə bilər. Bu, o zaman baş verərdi ki, Rusiya Ukrayna ilə müharibədə ilk gündən uğur qazanardı və Qərbi reaksiyası zəif olardı. Hadisələri diqqətlə müşahidə edən Pekin tələsmədi. Çünki Rusiya Ukraynada problemlərlə üzləşdi və Qərbin hərtərəfli sanksiyalarıyla üzləşdi. Buna baxmayaraq, Çin hərbi gücünü artırır və Tayvanı ələ keçirmək planlarından imtina etməyib. Çin münasib zaman gözləyir”.

28 Noyabr 2024 Ruslara evdə şir, tülki...saxalamaq yasaq edilir
28 Noyabr 2024 Baydenin təşəbbüsü gec, lakin vacib addımdır - Ərdoğan
28 Noyabr 2024 KTMT Qarabağda İrəvanın tərəfində vuruşmamalı idi...
28 Noyabr 2024 Putin hədələdi: Kiyev nüvə silahı əldə etsə...
28 Noyabr 2024 Putin elan etdi: PUA qoşunları yaradırıq!
28 Noyabr 2024 Gürcüstan Avropa Birliyinin qrantlarından imtina etdi
28 Noyabr 2024 Gün ərzində hər şey ola bilər! - Putindən maraqlı cavab
28 Noyabr 2024 AB Ukraynaya 18,1 milyard avro kredit ayırır
28 Noyabr 2024 İsrail HƏMAS-ın raket anbarını məhv etdi
28 Noyabr 2024 Putin açıqladı: Yeni əraziləri ələ keçirəcəyik!
28 Noyabr 2024 Şoyqudan Qərbə: Nüvə doktrinasını diqqətlə oxuyun!
28 Noyabr 2024 İsrail meydan oxudu: İranın strateji sərvətini məhv etdik!
28 Noyabr 2024 ABŞ Maykrasofta qarşı araşdırmaya başladı
28 Noyabr 2024 Putin: Rusiya NATO-ya xəbərdarlıq edib ki...
28 Noyabr 2024 Putin: Rusiyaya zərbəyə cavab olaraq 2 gündə...
28 Noyabr 2024 Putin dünyanı hədələdi: Nüvə silahına bərabərdir!
28 Noyabr 2024 Bu da Kirill: “Oreşnik”i yaradanlara təşəkkür etdi
28 Noyabr 2024 Hizbullah İsrail mifini məhv etdi - Araqçı
28 Noyabr 2024 Borrell axır ki, vəzifədən gedir – sabah...
28 Noyabr 2024 Paşinyan gəlmədi, ona görə ilk söz mənimdir
28 Noyabr 2024 Türkiyənin dəstəklədiyi qrup hücuma keçdi, şiddətli döyüş gedir
28 Noyabr 2024 Suriyada böyük əməliyyat: Əsəd təcili Moskvaya getdi
28 Noyabr 2024 Moldova Rusiyaya qarşı bu sanksiyaya qoşuldu
28 Noyabr 2024 Paşinyan Zəngəzur dəhlizindən imtina etmir - Saqatelyan
28 Noyabr 2024 AB-yə indi üzv seçilsək, məhv olarıq - Papuaşvili
28 Noyabr 2024 ABŞ bu münaqişənin həlli üçün hər cür imkana sahibdir
28 Noyabr 2024 Lavrov Baydeni "qanuni oğru" adlandırdı
28 Noyabr 2024 Paşinyan daxili işlər nazirinə yeni müavin təyin etdi
28 Noyabr 2024 ABŞ Maduronun yaxın adamlarına sanksiya tətbiq etdi
28 Noyabr 2024 Ukrayna bu müddətdə AB üzvü olacaq - Zelenski