Rusiya və Ukrayna XİN rəhbərləri Sergey Lavrov və Dmitri Kulebanın Antalyada hazırda davam edən görüşü heç bir nəticə verməyəcək.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
“Müharibə davam edir və ciddi fikir ayrılıqları var. Tərəflər hələ də ortaq məxrəcə gələ bilmirlər”, - politoloq bildirib.
O iddia edib ki, Ukrayna-Rusiya savaşı III Dünya müharibəsinin başlanğıcıdır:
“Ukraynada savaşın dayandırlması yox, indi III Dünya müharibəsinin qarşısını almaq prioritetdir”.