Gözlə görünən savaş Ukrayna torpağında rus və ukraynalılar, əsl müharibəni isə Ağ Evlə Kreml arasında gedir. Bu, dünyada bir ilkdir. ABŞ bir güllə belə atmadan Rusiyanı çökdürməyə can atır. Bu, illərdir hazırlanmış bir planın gerçəkləşməsidir.
Axar.az xəbər verir ki, bu fikirləri Rusiyanın “Rossiya 1” kanalında yayımlanan "Vladimir Solovyovla axşam" proqramının efirində rusiyalı rejissor Karen Şahnazarov bölüşüb.
“Plan artıq gerçəkləşir, rusların düşüncə tərzi dəyişir. Heç kim qıtlıq dolu 90-lara qayıtmaq istəmir. Artıq Rusiyada çoxları özlərini sadə Ukrayna vətəndaşlarının yerinə qoyub düşünməyə başlayır. Bir tərəfdən də tam detallı düşünülmüş sanksiyalar… İndi hələ ki, ruslar dözür, amma bir müddət sonra ölkədə vətəndaş müharibəsi başlaya bilər. Müharibənin davam etməsi ən çox Qərbə sərf edir. Hərbi faza dərhal dayandırılmalıdır, yoxsa Moskva bunun altından çıxa bilməyəcək”, - deyə Şahnazarov qeyd edir.