Yaponiya hökumətinin Ukraynaya göndərdiyi ilk hərbi yardım Komaki aviabazasından yola düşüb.
Axar.az xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyi rəsmi Tvitter hesabında paylaşıb.
“Yaponiya Ukraynaya gülləkeçirməz jiletlər və özünümüdafiə qüvvələri üçün digər avadanlıqlar göndərib. Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi hər cür dəstəyi göstərməyə davam edəcək”, - paylaşımda qeyd olunub.