Yunanıstanın Baş naziri Kiriakos Miçotakis martın 13-də Türkiyəyə rəsmi səfər edəcək
.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Qeyd edlib ki, martın 13-də Fənər Rum Patriarxlığında təşkil edilən ayindən sonra Miçotakis Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən naharda qəbul ediləcək.
Görüş zamanı Rusiya-Ukrayna böhranı və ikitərəfli münasibətlər müzakirə olunacaq.
Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumundan sonra Miçotakis parlamentdəki çıxışında "Cənab Ərdoğanla görüşməliyəm. Bu işğal Türkiyə ilə yeni vəziyyəti müzakirə etməyimizi tələb edir" demişdi.