Bu gün böyük qadın, Rusiyada “ana” adlandırılan İkinci Yekaterinanın şahidlərin təsdiq etdiyi bir sözünü vurğulamaq istəyirəm. O, soykök baxımından rus olmayıb, amma rusa çevrildiyi üçün fəxr edib. O deyib: “Mən öz vətənimi həyatımın sonuna qədər dil, qələm və qılınca qoruyacam”.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya lideri Vladimir Putin 8 Martq – Beynəlxalq Qadınlar Günü münasibətilə müraciətində deyib.
O bildirib ki, hazırda da “vətən”, “ana”, “sevgili” sözləri bizim üçün eyni qəbildəndir və hər zaman belə olacaq.