Avropa Komissiyası bu gün Rusiya qazından asılılığı azaltmağa dair plan təqdim edəcək.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının vitse-prezidenti Frans Timmermans deyib.
"Biz sabah Rusiya qazından asılığımızı azaldacaq planı təqdim edəcəyik. Bu planla rus qazından asılılıq əhəmiyyətli dərəcədə azala, bir neçə il ərzində isə tam aradan qalxa bilər. Bu çətin, amma mümkündür", - deyə Timmermans vurğulayıb.