Tanınmış ukraynalı hərbi jurnalist Viktor Dudar Nikolayev yaxınlığında döyüşdə həlak olub.
Dudar genişmiqyaslı müharibənin elə ilk günündə Silahlı Qüvvələrin tərkibində Ukraynanı müdafiə etmək üçün hərbi komissarlığa gedib. O, 2014-2015-ci illərdə ölkənin şərqindəki müharibədə iştirak edib.
Daha sonra ehtiyatda olan hərbi qulluqçu kimi yerli "Ekspress" qəzetində çalışıb, son günə kimi burada hərbi xəbərlər və araşdırma jurnalistikası ilə məşğul olub.