Rusiyada fəaliyyət göstərən “Aşan” (Auchan) ticarət şəbəkəsi un və şəkərin satışını məhdudlaşdırıb.
Axar.az “Meduza.io” portalına istinadən xəbər verir ki, şirkət artan tələbata görə belə addım atıb.
Bildirilib ki, ərzaq ehtiyatı kifayət qədər olsa da, məhdudiyyət rəflərdə məhsulların qalması üçün tətbiq edilir.
Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Qərbin Kremlə ardıcıl sanksiyaları ölkənin sosial-iqtisadi həyatına mənfi təsirlərini göstərməkdədir.