Rusiya Prezidenti Vladimir Putin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə telefonla Ukraynadakı vəziyyəti müzakirə ediblər.
Axar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Danışıq zamanı Rusiya lideri bildirib ki, plana uyğun olaraq həyata keçirilən əməliyyatın vəzifələri həll olunur və tam şəkildə tamamlanacaq.
Belarus Prezidenti isə Rusiyanın hərəkətlərini dəstəklədiyini vurğulayıb.